Yaxşı ki homoseksuallar var! – Maradonanın məşhur deyimləri

Yaxşı ki homoseksuallar var! – <span style="color:red;">Maradonanın məşhur deyimləri
6 noyabr 2017
# 21:00

Kulis.az futbol əfsanəsi Diyeqo Maradonanın ən məşhur 30 deyimini təqdim edir.

- Mənim və ya Pelenin dünyanın ən yaxşı futbolçusu olmasıyla bağlı debat baş tutmayacaq. Hamı mənim daha üstün olduğumu təsdiqləyər.

- Platini fransızdır, biz isə onların necə insan olduğunu yaxşı bilirik. Fransızlar həmişə özlərini başqalarından üstün sayır.

- Bəli, Roma Papasına qarşı çıxdım. Vatikana gəlib damların dam örtüklərin qızıldan olduğunu gördüm. Daha sonra isə Papanın “Kilsə kasıb uşaqların qeydinə qalır” ifadəsini eşitdim. Lənət şeytana, dam örtüklərini sat və onlar üçün nəsə etməyə çalış!

- Homoseksualların olması çox yaxşıdır. Nəticədə bizə daha çox gözəl qadınlar qalır.

- Yalnız iki övladımı – Dalma ilə Caninanı qəbul edirəm. Başqaları isə pulumun və səhvlərimin məhsuludur.

- Həyat yoldaşıma heç vaxt xəyanət etməmişəm. Ancaq lap etsəydim belə, bunu heç vaxt etiraf etməzdim.

- Müalicə olunduğum ruhi xəstəxanada xəstələrdən biri özünü Napoleon, başqası isə San Martin hesab edirdi. Maradona olduğuma isə heç kim inanmırdı.

- Siyasətçilər seçkidə pulun, Kastro isə silahın hesabına qalib gəlib. Çünki onun xayaları var! Kubanı sevirəm!

- Bu zirvəyə çatmaq üçün çox işləməli olmuşam. Kimsə bu faktı inkar edirsə, arxamı öpə bilər.

- Tanrı yalnız özü-özünə kömək edənlərin yardımçısı olur.

- Oğrunu soyan hər kəs bağışlanmağa layiqdir.

- Narkotik maddələr qəbul etdiyim üçün qızlarımın necə böyüdüyünü görə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacam.

- Vatikan mənim üçün böyük bir yalandır, çünki Roma Papaları adamlara nəsə bəxş etmək əvəzinə onlardan hər şeyi alır. Bu sözlər daha əvvəlki bütün Papalara aiddir və mən Fransiskin bu yolla getməsini istəməzdim.

- Ölsəm, yenidən dünyaya Dieqo Armando Maradona kimi gələcəm. Azarkeşlərə xoşbəxtlik bəxş edən futbolçuyam və mənim üçün bu kifayətdir.

- Anam hamıdan yaxşı olduğumu deyir. Mən isə onunla mübahisə etməyi xoşlamıram.

- Qızım Canina “Ata niyə əvvəlki kimi oynamırsan” sualını verdi. Həmin an ayaqlarımı bədənimdən ayrılmış kimi hiss etdim.

- Aktyoram, çünki istədiyim kimi yaşayıram! Adətən aktyorlar onlara verilən mətnləri oxuyur, elədir? Ancaq mən bu mətni oxumuram. Mən yaşayıram və oyunum da bundan ibarətdir.

- Yığmanın futbolkası dərimin ayrılmaz hissəsinə çevrilib. Və həyatımın sonunadək belə olacaq.

- Dünyanın geridə qalmış ölkələrində Bekhem kimi yüzlərlə gənclər küçələrdə top qovur. Azarkeşlər isə bundan xəbərsizdir. /bombardir.az/

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #