Bağça uşaqlarına dərs vəsaitində namaz təbliğatı - FOTOFAKT

Bağça uşaqlarına dərs vəsaitində namaz təbliğatı - <span style="color:red;">FOTOFAKT
7 oktyabr 2016
# 12:15

Bu səhifə adətən dini ədəbiyyat çap edən “Qələm” nəşriyyatının “Mən düzgün yazıram” kitabındandır.

Kitabın məqsədi uşaqlara erkən yaşda hərfləri öyrətməkdir.

Bir çox məktəbəqədər kurslarda dərs vəsaiti kimi bu kitabdan istifadə olunur.

İndi mətləbə keçək.

“N” hərfinə üç misal verilib:

“Nar”, “Nərdivan” və “Namaz”

“N” hərfi ilə bağlı əlifbamızda başqa misal yoxdurmu?

Bağça yaşlı uşağa “N” hərfi ilə başqa bir misal vermək olmazmı?

Azərbaycan Respublikasının Konstitusiyasında açıqca yazılıb: “Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır” (18-ci maddə, 3-cü bənd)

Bəs elədirsə dini bir simvolun dərs vəsaitində nə işi var?

Gəlin, bir anlığa başqa bir variant düşünək: “X” hərfi yerinə Xaç şəkli çəkilib.

Ya da “B” hərfi yerinə Budda heykəli qoyulub.

Nə düşünərdiniz?

Bizim uşağa missioner təbliğatına cəlb olunur deməzdinizmi?

Narahat olmazdınızmı?

Əhalinin müsəlman ya da buddist olmasından asılı olmayaraq Azərbaycan Respublikası dünyəvi dövlətdir.

Xalqın dini ola bilər, amma dünyəvi dövlət fəlsəfəsi etibarı ilə bütün dinlərə eyni məsafədə dayanır.

Dövlət təhsil sisteminin konstitusion əsasları da dünyəvilik əsasına görə qurulub.

Bəs elədirsə “N” hərfinə belə dini misal nə üçün?

Təhsil sisteminin dünyəviliyi harada qaldı?

Yüz il əvvəl məktəblilər üçün kitab yazan Azərbaycan klassiklərinin - Üzeyir bəyin, Sabirin, Abdulla Şaiqin ənənələri harda qaldı?

Bu kitabı yazan müəllimlər hansı ruhda böyüyüblər?

Bəlkə artıq təhsil sistemi vətəndaş yox, dindar yetişdirməyə başlayır?

Azərbaycan dövlətinin konstitusion əsaslarına zidd olan bu kitablara rəyi kim verir?

Bu kitablar hansı yoxlamadan keçirilir?

Hansı əsaslarla dərs vəsaiti kimi istifadə olunur.

Mövzunu diqqətdə saxlayacağıq.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #