“Təcrübəli qoca gəncləri öz tərəfinə çəkəcək” – Rasim Qaraca Anardan danışdı

“Təcrübəli qoca gəncləri öz tərəfinə çəkəcək” – Rasim Qaraca Anardan danışdı
15 avqust 2019
# 11:49

“Nizamnaməyə baxmaq lazımdır, əgər orada yetkin yaşda olan hər bir təşkilat üzvünə belə bir haqq verilirsə demək gənclər sədr ola bilər.”

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Rasim Qaraca üç nəfər gəncin AYB sədrliyinə namizəd olmaq istəyi ilə bağlı yaranan söz-söhbətə münasibət bildirərkən söyləyib. O daha sonra əlavə edib:

“Ümumən AYB üzvləri arasında narazılığın gücləndiyi hiss olunur, lakin bütün dəyişikliklər nizamnamə əsasında olmalıdır. AYB sədrini dəyişmək istəyirlərsə onun hansı nizamnamə şərtini pozduğuna baxmalıdırlar. Əks halda bu təcrübəli qoca gəncləri asanlıqla öz tərəfinə çəkəcək. Necə ki, vaxtilə bir-iki AYO üzvünün başını təqaüdlə aldadıb öz tərəfinə çəkmişdi.”

Xatırladaq ki, bu günlərdə gənc şairlər Emil Rasimoğlu, Fuad Cəfərli, Tural Turan AYB sədrliyinə namizədliklərini irəli sürəcəklərini bildirmişdilər. Xalq yazıçısı Anar isə müsahibəsində onları tanımadıqları söyləmiş, məsələ ictimai maraq doğurmuşdu.

# 2091 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #