Nobel Komitəsində qalmaqal - 18 qadına təcavüz ittihamı

<b>Nobel Komitəsində qalmaqal - <span style="color:red;">18 qadına təcavüz ittihamı </b>
10 aprel 2018
# 11:16

Dünyanın ən nüfuzlu Ədəbiyyat ödülünü verən İsveç Akademiyası tarixinin ən böyük böhranlarından birini yaşayır.

“Nyu-York Tayms” qəzetinin yaydığına görə, akademiyanın 18 üzvündən üçü istefa verəndən sonra daha bir üzvün istefası da gündəmə gəlib. İstefa zəncirinin ilk halqası isə təcavüz ittihamı olub.

İlk dəfə Hollivudda üzə çıxan təcavüz suçlamaları İsveç Akademiyası ilə sıx əlaqədə olan isveçli Jan Kloud Arnaultun 18 qadına təcavüz etməsi iddiası ilə ortaya çıxdı. Akademiya üzvləri Klas Ostergren, Kjell Espmark və Peter Englund cümə günü istefa etdiklərini açıqlayarkən Sara Stridsberg istefa haqqında düşündüyünü bildirdi. Akademiya üzvləri ömürlük seçildikləri üçün boş qalan yerlərin həmişəlik boş qalması gözlənilir.

Daha çox üzv istefa verərsə, Akademiyanın yeni üzvlərinin seçilməsi üçün gərəkli olan 12 nəfərdən ibarət yetərsayı saxlamaq mümkün olmaya bilər.

Nobel mükafatının komissiya sədri Per Vestberg məsələ ilə bağlı açıqlama verərkən, əslində 8 nəfər üzvün hər cür qərarı qəbul etmək üçün yetərli olduğunu söyləyib.

İsveçdə yayımlanan “Dagens Niheter” Jan Kloud Arnaultla bağlı yazdığı təcavüz suçlamalarını isə Arnaultun vəkili rədd edib.

Xatırladaq ki, Arnault İsveçin mədəni həyatına açılan qapı hesab edilən və İsveç Akademiyasına maliyyə dəstəyi göstərən “Forum” adlı mədəniyyət klubunu işlədir. O həyat yoldaşı Katarina Frostenson ilə birlikdə bu kluba rəhbərlik edir.

Katarina Frostenson İsveç Akademiyasının üzvüdür.

# 1118 dəfə oxunub

Müəllifin son yazıları

# # #