Xalq yazıçısı sədr seçilməsindən xəbərsizdir: “Bu xəbəri sizdən eşidirəm”

Xalq yazıçısı sədr seçilməsindən xəbərsizdir: “Bu xəbəri sizdən eşidirəm”
12 iyul 2019
# 13:25

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısında Etika Komissiyası yaradılıb.

Son zamanlar ayrı-ayrı şəxslərin Azərbaycan Yazıçılar Birliyinə, klassik yazıçılara qarşı təhqiramiz ifadələr işlətməsi, irəli sürülən əsassız ittihamların araşdırılması, Birliyin Nizamnaməsindən irəli gələn qaydalara riayət etməyən üzvlərin müəyyən olunması məqsədilə yaradılan komissiyanın sədrliyi Xalq yazıçısı Mövlud Süleymanlıya həvalə olunub.

Yeni vəzifəsi ilə bağlı hafta.az-a danışan Mövlud Süleymanlı bunları deyib:

“Bu xəbəri sizdən eşdirəm. Nə zamansa Anar müəllim tərəfindən təklif olmuşdu. Bu iş vəzifə olaraq başlanğıc kimi bir şeydir. Yazı da, mədəniyyət, əxlaq da, əxlaqsızlıq da onun içindədir. Yazıdan da ötə bir şeydir. Etika, tərbiyə hamınındır. Anar mənə təklif etmişdi. Ancaq mən çox məşğul adamam. Bunu çox ciddi bir iş hesab edirəm. Gənc yazarların yaşlı yazarlara belə atmacalı irad bildirmələri öz valideynlərindən aldıqları tərbiyə ilə bağlıdır. Bu, zaman-zaman olub. Mənə qədər də, mənim vaxtımda da olub. Bu olacaq. Bizi min illər boyu saxlayan tərbiyədir. Mənə icazə verin yaşayım. Yaşı keçmiş adamam. Anar müəllimə çox böyük hörmətim var. Onlar seçilmiş adamlardır. Yox deməyəcəm, Anara yox demərəm”.

# 2716 dəfə oxunub

Müəllifin son yazıları

# # #