Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı

Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı
23 iyun 2015
# 16:15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanası fəaliyyətə başladı. Kulisin məlumatına görə kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir.

Dünyanın aparıcı nəşriyyatları ilə mütəmadi əməkdaşlıq edən “Açıq kitab” Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrlərinə də öz səhifələrində yer ayırır. Kitabxanaya daxil olanlar burada Tərcümə Mərkəzinin nəşrləri ilə də tanış ola, “Xəzər” dünya ədəbiyyatı jurnalının, “Aydın Yol” ədəbi-ictimai qəzetinin onlayn versiyalarını izləyə bilər.

www.achiqkitab.az ünvanlı kitabxanaya daxil olun və minlərlə kitabı ödənişsiz əldə edin!

# 1466 dəfə oxunub

Müəllifin son yazıları

# # #