Noyabrın 14-də Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı kafedrasının professoru Bədirxan Əhmədovun moderatorluğu ilə Şərif Ağayarla görüş keçirilib.
Kulis.az xəbərə verir ki, Şərif Ağayarın hekayələri ilə yanaşı Azərbaycan ədəbiyyatının aktual problemlərinin də müzakirə olunduğu görüşdə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Ədəbiyyat nəzəriyyəsi kafedrasının dosenti Rəna Əyyubova da iştirak edib.
Müzakirənin əsas mövzusu yazıçının “Şəkil” hekayəsi olub. Bu hekayənin Qarabağ mövzusunda yazılmış əsərlər sırasında qeyri-adi yaradıcılıq üslubu ilə seçildiyi qeyd edilib. Qarabağ müharibəsinin doğurduğu təəssüratların hekayədə yüksək sənətkarlıq texnikası ilə oxuculara çatdırılmasının əsərin əsas uğurlarından biri olduğundan bəhs edilib. Daha sonra yazıçının digər hekayələrindən, bu hekayələrin ideya-bədii xüsusiyyətlərindən söz açılıb.
Müzakirədən sonra filologiya fakültəsinin magistrləri Ş.Ağayara müxtəlif mövzuda bağlı suallar veriblər
Sonda Bədirxan Əhmədov Şərif Ağayara “Türkçülüyün üçlü formulu" kitabını hədiyyə edib və xatirə şəkli çəkilib.