Bakıda rus filmləri həftəsi keçiriləcək

Bakıda rus filmləri həftəsi keçiriləcək
19 sentyabr 2019
# 16:40

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi , Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Rusiya filmləri həftəsinin açılış mərasimi keçiriləcək .

Kulis.az-ın verdiyi xəbərə görə, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Anar Abbasov 2019-cu ildə çəkdiyi “Bitva” bədii filmini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, sentyabrın 23-dən- 29- na qədər davam edən film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində sentyabrın 24-də, saat 20-00-da rejissor Kim Drujininin “Tanki”, 25-də, saat 20-00-da Yevgeniy Bederevin “Domovoy” , sentyabrın 26-da, saat 20-00-da rejissor Mixail Rasxodnikovun “Doroqoy papa” , 27-də, saat 14-00-da rejissor Yelena Xazanovanın “Lyubovnitsı”, sentyabrın 28-də, saat 12-00-da Aleksey Kozlovun “Spasti Leninqrad” və 29-da, saat 20-00-da rejissor Anna Parmasın “Davay razvedemsa” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Filmlər Nizami kino Mərkəzinin böyük zalında nümayiş olunacaq.

Filmlərə giriş sərbəstir.

YARAT Müasir İncəsənət Mərəzində sentyabrın 24-də “Van Qoqi” filmi, 27-də “Voyna Annı”, 28-də “Veçnaya jizn Aleksandra Xristoforova” filmləri nümayiş olunacaq. Seanslar saat 19-00-da başlayır.

Filmlərə giriş sərbəstdir.

# 2433 dəfə oxunub

Müəllifin son yazıları

# # #