Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil onu vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.
- “Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı
- Palçığın içində yaşayan adam – YENİ HEKAYƏ
- “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı olub
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.