Sosial şəbəkələrdə gizlilik mövzusundakı narahatlıqlar günü-gündən artmaqdadır.
Evlərimizdə üstü kameralı və mikrofonlu bir çox cihaz var və bu cihazlardan istifadə edən pis niyyətli insanlar böyük problemlər yaradırlar.
Adi istifadəçilər üçün bu təhliükələr mövcud ikən böyük şirkət rəhbərləri üçün təhlükəsizlik tədbirləri qaçılmazdır.
- Optimizm və ümidsizlik - Zeydi Smit yazır
- Azərbaycan-İsrail istehsalı olan filmin çəkilişi başa çatdı: “Əgər səni unutsam, ey Qüds”
- Sənədli filmlər rejissoru vəfat etdi
İnstagram istifadəçilərinin 500 milyon nəfərə çatmasını qeyd edən Zükerberq Facebook hesabında bir foto paylaşıb. Foto təhlükəsizlik tədbirlərinin necə həyata keçirildiyini əyani şəkildə göstərir.
Əsas diqqət çəkən detal Markın şəxsi kompüteridir. O, “MacBook”-un kamerasını skoçla qapayıb. Yan tərəfdəki mikrofon da eyni şəkildə qapadılıb.