Kann festivalında ayaqyalın etiraz - FOTOLAR

Kann festivalında ayaqyalın etiraz -<span style="color:red;"> FOTOLAR
18 may 2018
# 10:55

Dünyaca məşhur aktrisa Kristian Stüart Kann festivalının hündürdabanlı ayaqqabı kimi dres kod qaydalarına etirazını bildirib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kannın dress kod qaydasına aktrisa ayaqqabısını çıxarıb ayaqyalın şəkildə qırmızı alıda addımlayaraq etiraz edib.

“Alaqaranlıq” filmilə məşhurlaşan aktrisa düz dabanlı ayaqqabı qadağasına təkadamlıq etiraz aksiyasını qırmızı xalça üzərində ayaqyalın poz verməklə tamamlayıb.

"Kişilərdən istəmədiyinizi məndən tələb edə bilməzsiniz" - deyə Kristian söyləyib.

Aktrisanın bu ayaqyalın etirazı social şəbəkədə rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Kann festivalında geyim qaydaları arasında qadınlara hündürdabanlı ayaqqabı geyinmək kimi bir öhdəlik yazılıb.

# 1209 dəfə oxunub

Müəllifin son yazıları

# # #