Küçük İsgəndər: “Mən yaxşı adam deyiləm”

<span style="color:red;"> Küçük İsgəndər:  “Mən yaxşı adam deyiləm”
22 dekabr 2017
# 10:27

Türkiyənin ən tanınmış şairlərindən olan Küçük İsgəndər Buca Bələdiyyəsinin “Yaşayan şairləri dinləyək” layihəsində iştirak edib.

Səhnədəki çıxışları heyranları tərəfindən maraqla qarşılanan şair özü tədbirdən çox narazı qalıb. Hətta, “Çox peşmanam, mən yaxşı insan deyilmişəm” etirafını da edib.

Belə ki, o, tədbir üçün çıxdığı Bodrum-İzmir yolunda bir köpək leşi ilə rastlaşıb, amma tədbirə yubanmamaq üçün dayanıb onu basdırmadığı üçün narahat olub: “O köpəyi basdırmaq üçün basdırmalı idim. Amma dinləyicilərim gözləməsin deyə, dayanmadım. 54 yaşındayam və bu yaşda belə bir yanlış iş gördüyümə görə özümü yaxşı insan. Yaxşı şair hesab etmirəm. Kaş o köpəyi görməyəydim. Mən bir xəta etdim və bu mənə dərs olacaq.”

# 1133 dəfə oxunub

Müəllifin son yazıları

# # #