Bu sənətkarlar həm də qohum idilər - SİYAHI

Bu sənətkarlar həm də qohum idilər - <span style="color:red;">SİYAHI
17 oktyabr 2016
# 09:00

Kulis.Az məşhur sənət adamları arasındakı qohumluq əlaqələrini təqdim edir.

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşıydı.

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Əlağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Yazıçı Aqil Abbas Xalq şairi Məmməd Arazın qızı İradə Tuncayla həyat yoldaşıdır.

Yazıçı Məmməd Orucun həyat yoldaşı Xalq şairi Fikrət Qocanın bacısıdır.

Şair Ramiz Rövşənin qızı dilçi alim, tənqidçi Kamil Vəli Nərimanoğlunun oğlu ilə evlidir.

# 1215 dəfə oxunub

Müəllifin son yazıları

# # #