Yazıçılar fahişə pulunu dəstəkləyir - SORĞU

Yazıçılar fahişə pulunu dəstəkləyir - <span style="color:red;">SORĞU
4 fevral 2015
# 16:09

Vəkil Yavuz Balkan Türkiyə Böyük Millət Məclisinə ərizə verərək subay kişilərin hər birinə həftədə azı 75 lirə (24 AZN) verilməsini təklif edib.

Türkiyə mətbuatının yazdığına görə, vəkil bu addımı qadınlara qarşı cinsi zorakılığı azaltmaq məqsədi ilə izah edib: “Müşahidələrimə görə cinayətlərin 80 faizi kişilərin cinsi ehtiyaclarının təmin edilməməsindən qaynaqlanır”.

Vəkilin dediyinə görə, onun təklifi qanuniləşsə, Türkiyədə qadın cinayətləri 99 faiz azalacaq.

Kulis.az təklifin maraqlı olduğunu nəzərə alaraq, yazarlarımızdan münasibət öyrənib.

Seymur Baycan: “Yaxşı təklifdi, ancaq 24 manat azdı”.

Şəhriyar del Gerani: “Mən deyərdim xeyli fəlsəfi-psixoloji-kriminoloji təşəbbüsdür. Hətta 6 manat artıq yazıb yuvarlaq 30 etsələr əntiqə olar. Beş küftə-bozbaş da yeməlidir axı bu binəva. Ordan cəmi ikicə manat izafə qalır, onu da diş fırçası alıb görüş öncəsi dişlərini fırçalasın. Çox mübhəm təklifdi. Lehinə!”

Sevinc Elsevər: “Belə baxanda təklifdi də. Maraq doğurub bu adam bu təkliflə. Bizim burda bu təklifi müzakirə eləməyimiz bunun sübutudur. Bilirsiniz, cinsəl problem ciddi problemdi. Bu təklifdən belə məna çıxartdım ki, Türkiyədə də subay və gənc kişilərin evlənmələri çox bahadı və çətindi. Əhalinin maddi vəziyyəti yaxşı olsa, heç qadınlar da fahişəlik etməz. Bu təklifin həyata keçməsi fahişəliyi çoxaldacaq. Və qadınların zorla evlənmək masasına götürdüyü kişiləri evlənməkdən vaz keçirəcək. Həm də əbədi. Bu problemin çözümü deyil. Cinsi azadlığın, azad seksin olmadığı ölkədə bir vəkilin ağlına ancaq belə fikir gələ bilər. Yaxşı film ssenarisi yazmaq olar bu təklif üzərinə.

Əsəd Qaraqaplan: “Vəkil abimiz biraz şişirdib, əlbəttə, amma dediklərində xeyli həqiqət var. Elə öz ölkəmizə baxsaq, bunun gerçək nümunələrini görə bilərik. Elə ictimai yerlərdə insanların davranışlarına, onların bir-birinə qarşı aqressiv münasibətinə baxanda bunu düşünmək olur. Əlbəttə, daha yaxşı cəmiyyətə sahib olsaydıq, burda pula-paraya da ehtiyac qalmazdı, insanlar öz münasibətlərini özləri müəyyənləşdirər, rahat və sərbəst həyatlarını yaşayardılar. Məncə, fahişəlik özgür düşüncəli yaşam olmayan yerlərdə daha geniş yayılır. Bu da o yerlərdəki kişilərin ehtiyacından xəbər verir. Buna görə də onlara birinci pul-para, ikinci də özgür yaşam haqqı vermək lazımdır ki, bu qədər cinayətə də şahid olmayaq. Abimiz sağ olsun...”

# 1208 dəfə oxunub

Müəllifin son yazıları

# # #