Azərbaycanlı şair beynəlxalq şeir müsabiqəsində münsif olub

Azərbaycanlı şair beynəlxalq şeir müsabiqəsində münsif olub
14 sentyabr 2019
# 09:48

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində XIV Beynəlxalq Rəzəvi Şeir Festivalı keçirilib.

Türkdilli şairlərin qatıldığı festivala 250 əsər təqdim olunub. Təqdim edilən əsərlərdən ikisi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin üzvlərinin əsərləridir.

Ölkəmizi festivalda AYB-nin Xəzər bölməsinin üzvləri Nicat Nəsri və Adil Əkbər təmsil edib.

AYB-nin Xəzər bölməsindən bildirilib ki, İran İslam Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan festivalda münsiflər arasında bölmənin sədri Arif Buzovnalı da yer alıb.

Azərbaycan şairlərinin çıxışlarından məmnunluq ifadə edən festivalın təşkilatçıları iki ölkənin xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından bu cür ədəbi əlaqələrin əhəmiyyətini vurğulayıblar.

Festivalın sonunda ən gözəl 12 əsər müəllifinə diplom və hədiyyələr təqdim olunub.

# 2138 dəfə oxunub

Müəllifin son yazıları

# # #