Rasim Balayev onu tənqid edən alimə cavab verdi: “50 ildən sonra səhv tuturlar”

Rasim Balayev onu tənqid edən alimə cavab verdi: “50 ildən sonra səhv tuturlar”
19 avqust 2019
# 14:01

“50 ildən sonra mənə səhv tuturlar.”

Bu sözləri Kulis.aza açıqlamasında Xalq artisti Rasim Balayev filologiya üzrə fəlsəfə doktoru Firidun Qurbansoyun onun haqqında söylədiyi tənqidi fikirlərə cavab olaraq söyləyib. Aktyor daha sonra əlavə edib

“Əcəb eləyib deyib. Nə deyim ki ona? Düzü, o vaxt bizə demişdilər belə oxu. 50 ildən sonra səhv tutur. Nə bilim vallah... “

Xatırladaq ki, Firidun Qurbansoy “Nəsimi” filmində Rasim Balayevin qüsurlu şeir oxuduğunu və əruzun ritmini pozduğunu söyləmişdi:

"Edam səhnəsində oxuduğu şeir biabırçılıqdır. Birincisi, edam səhnəsində, “Məndə sığar iki cahan”ın yeridir? İkincisi, ritmini düz oxumayıb. Özlərindən hoqqa çıxardırlar”.

# 3969 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #