Azərbaycanlı rejissorlar beynəlxalq festivalda uğur qazanıb

Azərbaycanlı rejissorlar beynəlxalq festivalda uğur qazanıb
4 may 2019
# 10:49

“Varəş” (Yağış) beynəlxalq film festivalında Azərbaycanlı rejissorların təqdim etdiyi filmlər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, festival beş gün müddətinə İranın Mazandaran əyalətinin Babil, Ramsər və Sari şəhərlərində nümayiş olunub.

Bu ilki festivalda xüsusi olaraq "Azərbaycanın sosioloji və antropoloji mövzuda olan filmləri" Xəzəryanı ölkələrin rejissorlarının antropoloji mövzuda filmləri ilə tanışlıq məqsədilə nümayiş olunub.

Beş gün davam edən festivalda Azərbaycandan Emin Mirbalayevin rejissorluq etdiyi "Azerbaijan mugham" , Şamil Əliyevin rejissorluq etdiyi " Azerbaijan carpet", Zəhra Mirrzazadənin rejissorluq etdiyi "winged miracle" və Şamil Nəcəfzadənin "Azerbaijan cuisine" filmləri nümayiş olunub.

İranın İslam irşad və mədəniyyət nazirliyinin Mazandaran əyaləti üzrə idarəsinin baş direktoru Mahmud Şaluyi festivalın bağlanış mərasimində ONA-ya açıqlamasında Azərbaycanlı rejissorların əsərlərini tərifləyib və deyib ki, tamaşaçıların böyük əksəriyyəti Azərbaycan filmlərini böyük rəğbətlə qarşıladı. “Azərbaycan filmlərinin bu festivalda nümayiş etdirilməsi bizi sevindirdi. Azərbaycan İranla oxşar mədəniyyətə sahib olduğu üçün gələcək festivallarda daha aktiv iştirak edə bilər.”

# 1906 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #