Qadınlar yayda bu geyimləri geyinə bilməzlər - FOTOLAR

Qadınlar yayda bu geyimləri geyinə bilməzlər - <span style="color:red;">FOTOLAR
6 iyun 2018
# 13:33

Yay müxtəlif geyimlərə meydan verən fəsildir. Amma istidir deyə, əlinizə keçəni geyməklə zövqsüz və vulqar görünə bilərsiz.

Kulis.az- qadınların yayda ictimai yerlərə geyinməsi ayıb olan 10 geyimi təqdim edir.

1. Enli günlüklü həsir şlyapalar

Şlyapalar yayda çox gözəl və effektlidir, amma şəhərə geyinmək üçün münasib deyil. Belə enli günlüklərlə siz ictimai nəqliyyatda rahat hərəkət edə bilməzsiniz, üstəlik ətrafdakı insanları öz aksessuarlarınla itələmək yaxşı deyil. Belə şlyapaları çimərlikdə, ya da sahil gəzintisində geyinə bilərsiniz.

2. Trikotajdan hörülmüş don və koftalar

Belə trikotaj küləklənmək üçündür, onun altından yalnız çimərlik geyimi görünə bilər. Belə “deşikli” paltarları alt paltarlarının üstündən geyinib adam içinə çıxmaq sadəcə ayıbdır. Dənizdə isə həm dəbli, həm də gözəl görünür. Xüsusən, geyimi baş yaylığı və həsir çanta ilə tamamlayanda.

3. Super-mini

Hətta əgər ayaqlarınız olduqca gözəlsə belə, mini geyinmək haqda yaxşı düşünmək lazımdır. Belə yazılmamış geyim qaydaları var: ətək dizdən dörd, uzağı 8 barmaq yuxarı ola bilər. Və ətək nə qədər qısadırsa, ayaqqabının dabanı o qədər alçaq olmalıdır.

Ekstra-mini və şortik geyinmək qəbulolunmazdır.

4. Rezin çəkələklər

отдых на мор

Burda nəsə demək artıqdır. Belə çəkələkləri hovuz və ya çimərliyə rahatlıqla geyə bilərsiniz. İctimai yerdə isə, ancaq zibil atmağa geymək olar.

5. Krujevalı brallet

Qarderobun kifayət qədər qalmaqallı predmetidir. Bunu geyinmək üçün demək olar ki, alt geyimdə küçəyə çıxmağa cəsarət tapmalısınız. Şəhər üçün xüsusən, arzuolunan geyim deyil. Lakin obrazınız məhz belə geyim tələb edirsə, daha lakonik və idman üslublu variant seçin. Belə hallar üçün oversayz köynəklər və ölçüsüz qaftanlar istehsal ediblər.

6. Krujevalı kroşe detalları olan əşyalar

Kroşe nazik iplikdir. Belə krujevalı əşyalar yay əhvalı yaradır, iplik təbii üslub bəxş edir. Amma bu parkda gəzinti, piknik və isti ölkələrə səyahətlərə uyğun gəlir. Şəhərdə isə yersiz və ucuz görünür.

7. Göbəyi açıq obraz

Qətiyyən yaramır. Mümkün kombinasiya yalnız hündürbel şalvar və qısa top ola bilər. Əsas olan göbəyin örtülməsidir. Dəbli qızlar bunu bilirlər. Üstəlik aşağı belli şalvar və ətəklər trenddən çıxıb.

8. Gündüz geyinilən gecəliyə bənzər donlar

Bu geyimlərin də trenddən çıxmasına baxmayaraq, bir çox xanımlar onu həm axşam həm də gündüz geyinirlər. Olduqca yersiz görünür. Elə təəssürat yaranır ki, qadın yerindən qalxıb və geyinməyi unudub. Gündüz vaxt belə geyimləri geyinmək xüsusən yolverilməzdir. Axşam ziyafətindəsə yalnız hündür dabanlı ayaqqabılar və örtüklə geyinmək olar.

9. Yüngül şəffaf tuniklər

Bu geyimin olduqca isti ölkələrə aid olduğu dəqiqdir. Tunik geyinib metroya düşsəniz, gülməli görünərsiniz. Yox, əgər dözülməz istidirsə tuniki kokteyl əlbisəsi kimi geyinib maraqlı bir klaç və aksessuarla tamamlaya bilərsiniz.

10. Şort yerinə plavki

Nə deməli, bu, artıq biabırçılıqdır. Belə geyinmisinizsə, hər şey məhv oldu...

# 2933 dəfə oxunub

Müəllifin son yazıları

# # #