Azərbaycanlı xanımın romanı beynəlxalq müsabiqədə qalib oldu

Azərbaycanlı xanımın romanı beynəlxalq müsabiqədə qalib oldu
2 avqust 2017
# 12:09

Ənənəvi olaraq, Rusiyada keçirilən “Russkaya premiya-2016” ədəbiyyat müsabiqəsində “irihəcmli nəsr” nominasiyası üzrə Azərbaycanı təmsil edən ixtisasca memar-restavrator olan Şirin Şəfiyeva “Salsa və Vereteno” romanına görə ikinci yeri tutub.

Kulis.az rus saytlaırna istinadən xəbər verir ki, 2016-cı ildə bu müsabiqəyə müxtəlif nominasiyalar üzrə dünyanın 41 ölkəsindən 388 əsərlə müraciət olunmuşdu. Qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycanı təmsil edən şair və tərcüməçi Nicat Məmmədov həmin müsabiqədə poeziya nominasiyası üzrə üçüncü yer tutmuşdu.

2005-ci ildən start götürən “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsində məqsəd rus dilini dünya ədəbiyyatında qoruyub inkişaf etdirmək, rusdilli yazıçı və şairlərə dəstək verməkdir.

Müsabiqəni “Russkaya premiya”nın təşkilat komitəsi Yeltsin Mərkəzi ilə birlikdə reallaşdırır. Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyan “B. N. Yeltsin - Prezident Mərkəzi” qeyri-kommersiya xarakterli ictimai-siyasi qurumdur.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #