Muzeylər günü “Andeqraund. Yeni həyat” sərgisi açılacaq

Muzeylər günü “Andeqraund. Yeni həyat” sərgisi açılacaq
15 may 2018
# 10:03

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Andeqraund. Yeni həyat” adlı sərgi açılacaq.

Sərgidə ötən əsrin 50-80-ci illərində böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Mirnadir Zeynalov və digər rəssamların əsərləri nümayiş olunacaq. Təqdim olunan əsərlərdən bəziləri ilk dəfə sərgilənəcək.

Sərginin açılışında “Ahmedovski Trio” qrupu çıxış edəcək. Daha sonra mövzuya dair “Artlogos” incəsənət klubu müzakirə aparacaq.

# 999 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #