Yazıçımızın romanı Fransada belə təqdim olunacaq - Foto

Yazıçımızın romanı Fransada belə təqdim olunacaq - Foto
6 noyabr 2019
# 10:15

Yazıçı Sahilə Yayanın Fransada nəşr olunacaq "Şeyx" romanının tərcüməsinə başlanılıb.

Kulis.azın verdiyi xəbərə görə, Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında çıxması planlaşdırılan kitabın üz qabığı artıq hazırdır.

Xatırladaq ki, “Şeyx” Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” və Mübariz Örənin “Ağ buludlar” romanından sonra bu layihədə işıq üzü görəcək üçüncü kitabdır.

Roman Bakıda qonşu olan azərbaycanlı və erməni gənclərin Avropada görüşməsindən və keçmiş günləri xatırlamasından bəhs edir.

# 2370 dəfə oxunub

Müəllifin son yazıları

# # #