İçərişəhərdəki yeraltı yolları bərpa etmək mümkün deyil

İçərişəhərdəki yeraltı yolları bərpa etmək mümkün deyil
7 iyun 2019
# 18:28

"İçərişəhərdə yeraltı yolların olması ilə bağlı məlumatlar var".

APA-nın məlumatına görə, bunu “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.

Onun sözlərinə görə, hələ orta əsrlərdən İçərişəhərdə bir neçə yeraltı yol mövcud olub: "Bununla bağlı araşdırmalar aparılır. Arxeoloqlar və alimlər, eləcə də tarixçilər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, bu yollar olduğu kimi bu günümüzə gəlib çıxmayıb. Bu yolların bir neçəsi nə vaxtsa bizə məlum olmayan səbəblərdən beton və ya digər üsullarla bağlanıb".

Sədr bildirib ki, hazırda həmin yeraltı yolları aşkarlamaq və şəbəkə olaraq bir-birinə bağlamaq, yaxud hər hansı məqsədlər üçün istifadə etmək mümkün deyil”.

# 2512 dəfə oxunub

Müəllifin son yazıları

# # #