Polyak rejissoru Roman Polanski yenidən Amerika Kinoakademiyasının tərkibinə daxil edilməsi üçün məhkəməyə müraciət edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, artıq Polanskinin vəkili Los-Anceles məhkəməsinə lazımi sənədləri təqdim edib.
“Akademiyanın Polanskini kənarlaşdırmaq qərarı alınan rəsmi məlumata əsaslanmır, Akademiyanın öz yanaşması da sübutlara əsaslanmayıb” - müraciətdə deyilir.
- Musa Yaqubun qəbirüstü abidəsi hazırlandı
- Məşhur bəstəkarın 140 illik yubiley tədbiri keçiriləcək
- 25 ildən sonra doğulduğu günü qeyd edən Nurlan
Xatırladaq ki, 2018-ci ildə seksual təcavüz ittihamlarına görə rejissoru təşkilata üzvlükdən xaric ediblər.