Həbsdən azad olunmuş rejissor mükafat aldı

Həbsdən azad olunmuş rejissor mükafat aldı
17 aprel 2019
# 10:40

Rus rejissoru Kirill Sererbrennikov Rusiyanın “Qızıl maska” teatr mükafatının laureatı olub.

Kulis.az-ın rusmətbuatına istinadən verdiyi xəbərə görə, münsiflər heyəti onun Qoqol teatr mərkəzində hazırladığı “Kiçik faciələr” tamaşasına görə “Ən yaxşı rejissor işi” nominasiyasında mükafatlandırılıb.

Xatırladaq ki, Kirill Serebrennikov aprelin 8-də Moskva şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Rejissor haqqında 2011-2014-cü illərdə “Platforma” adlı layihəyə ayrılan külli miqdarda pulu mənimsəməkdə şübhəli bilindiyinə görə haqqında cinayət işi açılmışdı. Rusiyanın və dünyanın nüfuzlu kino və teatr xadimləri ittihamı qəbul etməyərək həbsdə olan rejissorun müdafiəsinə qalxmışdılar.

Serebrennikovun "Rusiyada yaşamaq kimin üçün yaxşıdır?" tamaşası ötən ilin noyabrında MAP festivalı çərçivəsində Bakı tamaşaçılarına təqdim olunmuşdu.

# 2355 dəfə oxunub

Müəllifin son yazıları

# # #