Türkiyənin məşhur aktyoru Fərdi Merter reanimasiyaya düşüb.
Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyora təcili qan lazımdır.
Fərdi Merterin bir çox sənət dostları təcili qanın tapılması üçün sosial mediada çağırış eləyiblər.
- Transseksualdan İsraili tənqid edənlərə KƏSKİN REAKSİYA
- İki beynəlxalq Türk təşkilatı bir arada
- Kamal Abdulla və Rafiq Əliyevin birgə yazdığı kitabın imza günü olacaq
Aktyorun qızı atasının vəziyyətinin yaxşı olmadığını deyib: “Həyatımızın ən çətin anlarını yaşayırıq”.
Xatırladaq ki, Fərdi Merter “Kurtlar Vadisi” serialında Beyefendi rolu ilə tanınırdı.