Silvester Stalloneni seksual təcavüzdə ittiham etdilər

Silvester Stalloneni seksual təcavüzdə ittiham etdilər
17 noyabr 2017
# 10:40

Amerika aktyoru Silvestr Stalloneni 16 yaşlı fanatını seksə təhrik etməkdə ittiham edirlər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda polisə zərərçəkən özü məlumat verib.

O deyib ki, 31 il qabaq, 1986-cı ildə Stallone onu özü və cangüdəni ilə sekslə məşğul olmağa məcbur edib. Aktyorun onda 40 yaşı var imiş. İttihamçı hadisənin “Var gücü ilə” filminin çəkilişləri zamanı Las-Veqasdakı otellərdən birində baş verib. Qadın qeyd edib ki, baş verənlərdən sonra onu hədələyib və kimsəyə nəsə deməməyi tələb edib.

Adının çəkilməsini istəməyən zərərçəkəınin sözlərinə görə, kişilərə qarşı rəsmi ittiham irəli sürmək istəmir, çünki özünü qorxmuş və alçaldılmış hiss edib.

Xatırladaq ki, oktyabrda Hollivudda məşhur prodüser Harvi Vaynşteynə qarşı irəli sürülən seksual təcavüz ittihamlarından sonra qalmaqallar səngimək bilmir, bir birinin ardınca kinorejissorları və aktyorları eyni ittihamla gündəmə gəlir. Onların arasında Keyvin Speysi də var.

# 950 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #