Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb

Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
24 may 2019
# 16:34

Həştərxanda keçirilən Uşaq və Gənclərin birinci Ədəbiyyat Festivalında Azərbaycan da təmsil olunub.

Festivala ölkəmizi adından Mədəniyyət Nazirliyi tərəfindən uşaq yazıçısı Gülzar İbrahimova qatılıb.

Festival insanlarda, ələlxüsus da uşaqlarda kitaba sevgi yaratmaq məqsədilə keçirilib.

Festivalda əyləncə, tamaşa, viktorinalar, müsabiqələr, satış-sərgi, gəzən kitabxanalar, konsertlər, milli dəyərlərin sərgisi, folklor nümunələrinin sərgisi təşkil olunub. Uşaqlar yorulanda dincəlməsi üçün yaşıllığa xalçalar döşənib, xalçaların da üstünə kitablar düzülüb ki, oturub dincələn kitablara, onların rəngli şəkillərinə baxsın, oxusun.

Qonaqlar Xəzəryanı ölkələrdən, əksəriyyəti İran, Azərbaycan və Rusiyadan dəvət olunub.

Tədbirdə Gülzar İbrahimovaya uşaqlar üçün detektiv əsərlər yazması xahiş olunub. O, təklifi yüksək qiymətləndirib və bu janrda yeni əsərlər yazacağına söz verib.

# 1368 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #