Rəssam adamları küçədə soyunmağa çağırdı

Rəssam adamları küçədə soyunmağa çağırdı
8 may 2018
# 10:34

Amerikalı fotoqraf-rəssam Spenser Tunik Melburn küçələrində irimiqyaslı aksiya planlaşdırıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Tunik Avstraliyaya özünün qalmaqallı Provocare festivalını keçirməyə gedir. Rəssam iyulda iki gün ərzində minlərlə çılpaq adamın Çarel küçəsinə fotoseriya üçün çıxarmaq və fotoçəkilişlər etməyi düşünüb.

Fotorəssam 18 yaşdan yuxarı “istənilən formada, istənilən ölçüdə, istənilən millətdən olan” modelləri aksiyada iştirak etməyə çağırıb.

Qeyd edək ki, Tunik 2001-ci ildə Melburnda analoji aksiya keçirib. O zaman 5 min çılpaq adam Prines körpüsündə foto çəkdirdi. 2010-ci ildə isə o, Sidney opera teatrının qarşısında minlərlə çılpaq adamı çəkmişdi

# 1244 dəfə oxunub

Müəllifin son yazıları

# # #