“Nəsimi ili – Nəsimi dili” adlı festival keçiriləcək

“Nəsimi ili – Nəsimi dili” adlı festival keçiriləcək
26 fevral 2019
# 16:32

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

Festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, başqa teatrların aktyorları da festivala qatılmaq üçün müraciət edə bilərlər./azertag.az/

# 1535 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #