Məmməd İsmayılın şeirlər kitabı Fransada çap olunub

Məmməd İsmayılın şeirlər kitabı Fransada çap olunub
23 iyun 2018
# 08:43

Bu günlərdə tanınmış şair Məmməd İsmayılın şeirlər kitabı Fransada çap olunub.

Şairin Kulis.aza verdiyi xəbərə görə, “Əbədiyyət yolçusu” (Le voyageur de L’eternıte) adlı toplu Parisin “E’ditions Gulturel de Solenzara” nəşriyyatında hazırlanıb.

Kitabın nəşrinin səbəbkarı, tərcüməçisi, eyni zamanda ön sözün müəllifi çağdaş fransız və dünya poeziyasının öndə gələn imzalarından olan Athanase Vantchev de Thracydır. Kitabın üz qabığında Van Qoqun “Mənzərə”si yer alır.

Seçilmiş şeirlərlə bərabər kitabda Fransız və ingilis dillərində şairin həyat hekaysi də yer alıb.

“Əbədiyyət yolçusu” M.İsmayılın Fransada işıq üzü görən ikinci kitabıdır.

# 1059 dəfə oxunub

Müəllifin son yazıları

# # #