Muğamla Aralıq dənizi musiqisinin görüşü baş tutacaq

Muğamla Aralıq dənizi musiqisinin görüşü baş tutacaq
24 noyabr 2015
# 16:49

Noyabrın 29-da, Beynəlxalq Muğam Mərkəzində “Muğamla Aralıq dənizi musiqisinin görüşü” adlı konsert keçiriləcək. Kulisin məlumatına görə konsertdə tamaşaçılara Azərbaycan və İtaliyanın qədim mədəniyyətləri arasında musiqili dialoqu təqdim olunacaq.

Konsertdə Azərbaycan musiqisini "Muğam trio" ilə- xanəndə Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, tarda Malik Mansurov, kamançada Elşən Mansurov və İtaliyanı "TA.MA. Trio" folklor musiqi qrupundan vokal və qavalda Nando Citarella, mandola Mauro Palmas, vokal Gabriella Aiello təmsil edəcək.

Konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya assosiasiyasının mədəniyyət üzrə kordinatorları, bəstəkar Stefani Muscaritolo və Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefano Muscaritolo və Catia Castagna-ya aiddir.

Konsertin təşkilatçıları Azərbaycan-İtaliya assosiasiyası, Muğam Mərkəzi və İtaliya səfirliyidir.

# 1431 dəfə oxunub

Müəllifin son yazıları

# # #