Samirə Mustafayeva: "Bizim çoxlu problemlərimiz var"

Samirə Mustafayeva: "Bizim çoxlu problemlərimiz var"
9 dekabr 2014
# 15:23

Teleaparıcı Samirə Mustafayeva media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin xəbər aparıcılarının reklama çəkilməsi haqda səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlamasında teleaparıcı daha öncə jurnalistlərin problemləri ilə maraqlanmağı məsləhət görüb:

“Əvvəl teleaparıcıların, jurnalistlərin problemləri ilə maraqlansınlar. Bizim çoxlu problemlərimiz var. Araşdırsınlar ki, teleaparıcı niyə reklamlara çəkilir. Daha sonra bu haqda müzakirələr aparsınlar və aparıcıları tənqid etsinlər”.

Qeyd edək ki, Ələsgər Məmmədli kulis.aza açıqlamasında bildirib ki, qanuna görə xəbər aparıcılarının reklam çarxlarına çəkilməsi yolverilməzdir və qanunvericilikdə ciddi şəkildə məsuliyyət müəyyən olunur

# 1316 dəfə oxunub

Müəllifin son yazıları

# # #