Dilarə Əliyeva "stendap" edəcək: Azərbaycanda ilk!

Dilarə Əliyeva "stendap" edəcək: Azərbaycanda ilk!
8 oktyabr 2019
# 10:26

Dilarə Əliyeva stend-up la çıxış edəcək.

Bu barədə kulis.aza aktrisa özü açıqlama verib.

O bildirib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə stend-up konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Dramatik situasiyaları belə yumoristik formada təqdim etməyi düşünən aktrisa konsertin formatına belə aydınlıq gətirib:

“Qadınların illərlə ürəyində yığılıb qalan, deyə bilmədikləri sözləri həmin gün yumoristik formada kişilərə çatdırım. Burada həm də özümü qadınların daxili səsi kimi ifadə etmək istəyirəm. Təbii ki, sarı simə toxunan, düşündürücü məqamlar da olacaq. Çox vaxt deyə bilmədiyimiz çox ciddi sözləri komediyanın alt qatı ilə, sarkazmla ifadə etməli oluruq. “Stendap” daha çox kişi aktyorlarla xas yumor növü olsa da, mən ilk qadın “stendap”çı olacağam. Bu barədə iddialıyam.”

# 5825 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #