Pantomima Teatrının sentyabr repertuarı açıqlanıb

Pantomima Teatrının sentyabr repertuarı açıqlanıb
2 avqust 2019
# 16:42

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 14-də açıq elan edəcək.

Kulis.az xəbər verir ki, teatr bu dəfə mövsümə “Kişilər və qadınlar”la başlayacaq.

Bundan başqa, teatrda sentyabr ayı maraqlı tamaşalar göstəriləcək.

Belə ki, sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar”, 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

# 1655 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #