Böyük Britaniya rəssamının Bakıda sərgisi açılacaq

Böyük Britaniya rəssamının Bakıda sərgisi açılacaq
5 iyul 2018
# 13:55

İyulun 6-da İçərişəhəridəki “Zəncirli bina”da Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərə qapı” adlı sərgisi açılacaq.

Fırça ustasının 40-dan çox rəsm əsəri “Ev- zəncirlərlə imarət” qalereyasında nümayiş olunacaq. Sərgidə İçərişəhər tarix Muzeyi Fonduna rəssam tərəfindən hədiyyə edilmiş 15 ədəd əsər təqdim olunacaq.

Xatırladaq ki, ötən il rəssamın “İçərişəhərin 100 növü” adlı əsərləri ofort - qrafika versiyalarının birində yaradılıb və ilk dəfə Azərbaycan Dövlət İncəsənət Muzeyində fərdi sərgidə təqdim olunub.

Sərgi iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. Onun “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib. /azertag.az/

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

# # #