Tanınmış tatar şairinin kitabı Azərbaycan dilində

Tanınmış tatar şairinin kitabı Azərbaycan dilində
3 aprel 2018
# 16:23

Tanınmış tatar şairi Rəmis Aymətin Azərbaycan dilində “Şimşəklər qoynunda” kitabı işıq üzü görüb.

Şair, tərcüməçi, ssenarist R.Aymət Tatarıstan Yazarlar Birliyində sədr müavinidir, ölkənin “Maarif” və “Şəhri-Kazan” qəzetlərində çalışır. Şərif Kamal və Abdulla Tukayın ədəbiyyat muzeylərinə rəhbərlik edir.

Şeirləri dilimizə Xanım Aydın və Səxavət Sahil tərcümə edib, nəşrin redaktoru Günel Şamilqızı, məsləhətçisi Əkbər Qoşalıdır.

Kitab “Eşq seriyası”ndan çap olunub. Seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir.

# 1335 dəfə oxunub

Müəllifin son yazıları

# # #