Güney Azərbaycan şeir antologiyası təqdim olunacaq

Güney Azərbaycan şeir antologiyası təqdim olunacaq
31 oktyabr 2017
# 12:22

Noyabrın 2-də, saat 14-də Natəvan klubunda "Adın azadlıqdır" adlı Güney Azərbaycan şeir antologiyasının təqdimat mərasimi keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan ədəbiyyatının tanınmış xanım şairi, mərhum Nurəngiz Günün xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasiyasının (ASKEF) birgə layihədir.

Layihənin rəhbəri, AYB-nin Günəy Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruzdur.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #