"Elçin. Yazıçının yaradıcılıq yolu" təqdim olundu

"Elçin. Yazıçının yaradıcılıq yolu" təqdim olundu
26 oktyabr 2017
# 17:40

Bu gün Azərbaycan Milli Kitabxanasında akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçin haqqına yazdığı "Elçin. Yazıçının yaradıcılıq yolu" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.azın məlumatına görə tədbir iştirakçıları öncə kitabxananın həyətindəki açıq kitabxananı ziyarət edib oxucular üçün yaradılmış şəraitlə tanış oldular.

Sonra kitabxananın konfrans zalında kitabın təqdimat mərasimi baş tutdu.

İlk çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov təqdimat mərasimini açaraq sözü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verib. Daha sonra akademik Tehran Əlişanoğlu Elçin yaradıcılığı haqda məruzə ilə çıxış edib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, professor Təhsin Mütəllibov, Cahangir Məmmədli, Rüstəm Kamal, Buludxan Xəlilov və başqaları çıxış edərək yeni kitab və Elçinin yaradıcılığı haqda fikirlərini söyləyiblər.

"Elçin. Yazıçının yaradıcılıq yolu" kitabının müəllifi, akademik Nizami Cəfərov Elçinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərindən və kitabın yaranma ideyasından danışıb.

Sonda Elçin çıxış edərək, kitabın müəllifi Nizami Cəfərova, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və tədbirdə iştirak edən alimlərə, qələm adamlarına öz təşəkkürünü bildirib.

# 1060 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #