Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa

Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
16 noyabr 2019
# 15:11

Azərbaycan Akademik Milli Dram Teatrında Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan “Ah, bu uzun sevda yolu” tamaşası növbəti dəfə nümayiş edilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edib.

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

# # #