Tənqidçidən yeni kitab: "Mətn, işarə, məna"

Tənqidçidən yeni kitab: "Mətn, işarə, məna"
1 noyabr 2019
# 12:41

Tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub.

Kulis.az-a açıqlama verən müəllif bildirib ki, "Mətn, işarə, məna" adlı kitab dörd bölümdən ibarətdir. Birinci bölüm olan “Formanın müqəddəs sirri”ndə klassik ədəbiyyat və modern düşüncədə bədii formanın sirlərindən, müəlliflə bədii forma arasındakı münasibətlərdən bəhs olunur. İkinci bölüm - “Mətnlərin yuxusu”nda bədii mətnlərdə ayrıca diqqəti cəlb edən "yuxu janrından" danışılır. Bu bölümdə Ceyhun Hacıbəylinin fransızca yazılmış “Bir il xəyallarda və bütöv bir ömür” romanı təhlil edilib.


Müəllif bildirib ki, kitabın digər bölümlərində Yusif və Vaqif Səmədoğlunun əsərlərindən və bir sıra müasir Azərbaycan şair, yazıçıların yaradıcılıqlarından danışılıb.

"AYB Kitab" layihəsi çərçivəsində “Mütərcim” nəşriyyatlında çap olunub. “Mətn, işarə, məna” kitabının həcmi 178 səhifədir.

Hazırki əsas şəkil

# 2141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #