Azərbaycanlı şair kitablarını pulsuz paylayacaq

Azərbaycanlı şair kitablarını pulsuz paylayacaq
26 sentyabr 2019
# 13:40

28 sentyabr, saat 11:30-da, Bakı İdman Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında tanınmış şair Vaqif Bəhmənlinin “Qansız savaş” və Ankarada çap olunan “Hüznlü misralar” şeirlər kitablarının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir zamanı şairin hər iki kitabı oxuculara avtoqrafla hədiyyə ediləcək.

Xatırladaq ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir neçə tanınmış yazarın da imza günü olacaq.

# 1933 dəfə oxunub

Müəllifin son yazıları

# # #