Boğazı kəsilən Əminə Bulutun adı Luvr muzeyində

Boğazı kəsilən Əminə Bulutun adı Luvr muzeyində
18 sentyabr 2019
# 10:20

Türkiyədə keçmiş əri tərəfindən kafedə boğazı kəsilərək öldürülən Əminə Bulutuun adı və videolardan məşhur olan son “Ölmək istəmirəm” hayqırışı Fransanın Luvr muzeyində yer alıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qadın haqları müdafiəçiləri Parisdəki simvolik binalara qadın cinayətlərinə etiraz edən afişalar yapışdırırlar.

Luvr Muzeyinin piramidasına da son zamanlar kişilər tərəfindən öldürülən qaınların adları və hekayələri yazılmış afişalar yapışdırılıb.

“Bu afiçşaların məqsədi çox sadədir; kişilər tərəfindən öldürülən qadınların unudulmaması. Onların ancaq ümumi bir adla və sayla xatırlanmasını istəmirik. Ona görə də adları bir-bir yazaraq, hekayələrini anlatmaq istədik” –deyə aksiyanın təşkilatçısı Marqaret Stern söyləyib.

Xatırladaq ki, Fransanın özündə bu il ərzində 100-dən artıq qadın kişilər tərəfindən öldürüldü. Ailədaxili şiddətə həll yolu axtaran Fransa hökuməti sivil cəmiyyət təşkilatları ilə birgə 3 aylıq seminara start verib. Fransanın ölkə başçısı Emmanuel Makron qadın cinayətlərini “Femisid” yəni, “Qadın qətliamı” adlandırıb.

# 2145 dəfə oxunub

Müəllifin son yazıları

# # #