Azad Qaradərəlinin romanı Türkiyədə çap olunacaq

Azad Qaradərəlinin romanı Türkiyədə çap olunacaq
12 sentyabr 2019
# 17:01

Yazıçı Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanı Türkiyədə çap olunacaq.

Kulis.az xəbər verir ki, müəllif “Kaynak yayın evi” nəşriyyatı ilə müqavilə bağlayıb. Roman sentyabrın sonlarında satışda olacaq.

Əsəri Türkiyə türkcəsinə Oqtay Hacımusalı çevirib.

Qeyd edək ki, roman İstanbul nəşriyyatında “Petrol tarlaları” adı ilə yayımlanacaq.

# 1489 dəfə oxunub

Müəllifin son yazıları

# # #