İranda Mübariz Cəfərlinin kitabları nəşr edilib

İranda Mübariz Cəfərlinin kitabları nəşr edilib
16 iyul 2019
# 13:30

Tehranın nüfuzlu “Əndişe-yi noo” nəşriyyarında Mübariz Cəfərlinin məşhur trilogiyasının son əsərləri də çapdan çıxıb.

Kulis.az-ın verdiyi xəbərə görə, “Bənna” və “Bağban” adlanan romanları ərəb əlifbasına Elyar Polad çevirib.

Xatırladaq ki, bundan əvvəl trilogiyanın birinci romanı – “ Bərpaçı” da həmin nəşriyyat tərəfindən nəşr edilmişdi.

Qeyd edək ki, bu romanlar çağdaş nəsrimizin ən yaxşı nümunələrindən sayılsa da, indiyədək ölkəmizdə kitab halında nəşr olunmayıb.

# 2259 dəfə oxunub

Müəllifin son yazıları

# # #