Titaniki gün işığına çıxarmaq mümkünsüz hesab olunur.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu günlərdə okeanın dərinliklərinə baş vuran on yeddi ekspedisiya heyətinin gəldiyi qənaətə görə 1912-ci ildə 2220-ə yaxın sərnişinlə batan “Titanik” gəmisinin qalıqlarını suyun səthinə qaldırmaq hələ ki, mümkünsüzdür .
Alimlər hesab edirlər ki, ötən on illiklər ərzində müxtəlif kimyəvi deformasiyalara məruz qalan “Titanik” gəmisinə hansısa texniki toxunma onun tamamilə qırıntılara çevrilməsinə səbəb olacaq.