Milyonçunun sənət kolleksiyası hərraca çıxarılır

Milyonçunun sənət kolleksiyası hərraca çıxarılır
28 fevral 2018
# 10:34

Amerikalı milyonçu Devid Rokfellerin 358 milyon funt sterlinq dəyəri olan sənət kolleksiyası Londonda hərraca çıxarılacaq.

Kulis.azın verdiyi xəbərə görə, D.Rokfellerin vəsiyyətinə uyğun olaraq hərracdan əldə edilən gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Məlumat üçün bildirək ki, kolleksiyada Pikasso, Matisse və Monetin əsərləri, qiymətli daş-qaşlar və s. var. Pikassonun “Çiçək səbətli qız” əsərinə 50 milyon, Napoleonun qəlyanına isə 179 min funt sterlinq qiymət qoyulub.

Sərgi 8 marta qədər fəaliyyət göstərəcək.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #