Moskvada Qara Qarayevin 100 illiyi qeyd olunacaq

Moskvada Qara Qarayevin 100 illiyi qeyd olunacaq
23 yanvar 2018
# 16:32

Moskvada dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, fevralın 1-də Moskva Dövlət Konservatoriyasının kiçik zalında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan kamera konsertinin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.


Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər iştirak edəcəklər.

moskvada qara qarayevin 100 illiyi qeyd olunacaq

# 1595 dəfə oxunub

Müəllifin son yazıları

# # #