Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub

Nizami Gəncəvinin əsəri özbək dilində çap olunub
26 dekabr 2017
# 17:13

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İqbalnamə'" əsəri Daşkənddə özbək dilində çap edilib.

Kulis.azın verdiyi xəbərə görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə "Extremum Press" nəşriyyatında çap olunan əsəri orijinaldan çevirən Özbəkistanın Xalq şairi Camal Kamaldır.

Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov və Boqicon Toxliyevdir.

# 1467 dəfə oxunub

Müəllifin son yazıları

# # #