Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi

Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi
26 dekabr 2017
# 11:47

Yazıçı Nəriman Əbdülrəhmanlı “Şərəf” medalı ilə təltif olunub. Bu barədə Kulis.aza yazıçı özü məlumat verib.

O bildirib ki, "Borçalı" Cəmiyyəti hər il ilin yekunlarına görə Akademik Zahid Xəlilov adına "Türklüyə xidmət" mükafatı, ictimai və yaradıcılıq fəaliyyətinə görə "Şərəf" medalı və diplomlar verir: “Mən də 2017-ci ildə çap olunmuş "Taclı" romanıma və publisistik yazılarıma görə "Şərəf" medalına layiq görüldüm. Təqdimat mərasimi dekabrın 25-də "Xudafərin" sarayında keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirində oldu.”

# 847 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #