Pantomima teatrı bu tamaşanı yenidən oynayacaq

Pantomima teatrı bu tamaşanı yenidən oynayacaq
3 sentyabr 2019
# 11:36

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrdan verilən xəbərə görə, sentyabrın 15-də təqdim olunacaq səhnə əsəri Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək. Tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır. Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Rollarda Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı çıxış edirlər. /azertag.az/

# 1896 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #